Abşeronda piyadanı vuraraq öldürən şəxsə hökm oxunub. Tural Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə mayın 26-da Report məlumat yayıb.
Hadisə ötən ilin dekabrında rayonun Saray qəsəbəsindəki “Yetər” şadlıq evinin qarşısında qeydə alınıb. Tural Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə 75 yaşlı kişini vurub.
Tural Məmmədova qarşı “yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə ittiham irəli sürülüb.