Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu haqda APA mayın 19-da xəbər yayıb.
Mayın 17-də saat 23 radələrində Salyan şosesində yolu keçən Hacıqabul rayon sakini F. Cavadov avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və onu idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.