Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb. Bu barədə iyunun 1-də Report-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis işçisi İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib", - məlumatda qeyd edilib.