İyunun 22-də paytaxtın Biləcəri qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etməyən şəxs yol polisi tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
“Lexus” markalı avtomobilin sürücüsünun Bakı sakini Hümbət Nəbiyev olduğu müəyyən edilib. Onun narkotik istifadə etməsinə şübhə yaranıb. Tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.
Hümbət Nəbiyev saxlanılaraq polis bölməsinə təhvil verilib.