Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bu barədə 4 iyul tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Dəyişikliyə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat məbləğində təsdiq edilib.