Bu gün, mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan mayın 14-də 73 yaşında dünyasını dəyişib. O, 2004-cü ildən dövlət başçısı idi.
[gallery columns="1" size="full" link="file" ids="48502"]