Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub. Bu barədə 8 iyun tarixində dövlət başçısının rəsmi səhifəsində məlumat verilib.
Parkın ərazisində 1 200 metr uzunluğunda piyada yolları, 147 metr uzunluğunda piyadalar üçün körpü, şəhər mənzərəli iki terras, iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Parkda 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
Qeyd edək ki, park Səbail rayonunun Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınıb. Parkın ərazisi 4 hektardır.
[URIS id=52243]