Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə litvalı Prezidentin səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb. Həmçinin qeyd edilib ki, səfər çərçivəsində bir sıra tədbirlər, o cümlədən biznes forum keçiriləcək.
Görüşdən sonra dövlət başçıları bəyanatlarla çıxış ediblər.