Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanaya səfər edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Ölkə başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-nin Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yollanıb.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.