Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 8 iyul tarixində xəbər verir.
İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, o, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.