Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanaya gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
Bu barədə 21 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrım oktyabrın 20-də Zəngilan aeroportu yolunda qəzaya uğrayıblar. Hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.
[gallery link="file" size="full" columns="2" ids="90036,90035"]