Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.
Bu barədə Prezident.az xəbər yayıb.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verib.
Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.