Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox hücum olub. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bildirib. Bu barədə 21 sentyabr tarixində Report xəbər verib.
Azərbaycan ərazisində antiterror tədbirləri başlayandan bəri bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub.
"Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, – deyə qurum rəsmisi qeyd edib.
Onun sözlərinə görə, XRİTDX-nin mütəxəssisləri onların qarşısını alır: “Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.