Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma elektrik xəttini bu yaxınlarda çekə bildik. Səbəb isə həmin ərazinin partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu olmasıdır. Bunu dekabrın 9-da Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə əsasən, eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılıb: “Çoxlu müdafiə istehkamları qurulub və orada xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çətinləşib və ərazilər daha çox əllə təmizlənir”.
Prezidentin xüsusi nümayəndəsi vətəndaşları səbrli olmağa çağırıb və onların təhlükəsiz şəkildə azad edilmiş torpaqlara qayıdacaqlarını söyləyib.