Prokuror Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu haqda iyunun 3-də Report məlumat yayıb.
Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib. Növbəti iclas iyunun 10-na təyin edilib.
Sözügedən şəxs 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.