Prokuror Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin 16 il azadlıqdan məhrum edilməsini istəyib. Bu haqda iyunun 7-də APA məlumat yayıb.
Proses iyunun 21-də davam etdiriləcək.
Sözügedən hadisə ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində baş verib. 24 yaşlı Sevinc Məhərrəmova əri tərəfindən döyülüb və çoxsaylı bıçaq zərbələri vurularaq öldürülüb.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.