Ötən gün Saatlı rayonunun Qırağlı kənd sakini bıçaqlanaraq öldürülmüşdür. Bu haqda dekabrın 29-da Report məlumat verib.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin şəxs qardaşı tərəfindən öldürülüb. Aralarında yaranmış mübahisə zamanı saxlanılan şəxs qardaşının sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Ölən şəxsin həyat yoldaşı onları ayırmağa cəhd edən zaman sağ bilək nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.