Qəbələ rayonunda uzunluğu 5,3 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bu haqda mayın 11-də AAYDA məlumat verib.
Qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
Yenidənqurma işləri çərçivəsində yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması işləri aparılır.
Həmçinin yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq, Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı və Şamlı-Tola avtomobil yollarında da aparılması nəzərdə tutulur.
[URIS id=47822]