Qəbələ rayonunda 35 yaşlı qadın itkin düşüb. Bu barədə iyulun 1-də APA məlumat yayıb.
Şəhər sakini Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Axtarılan şəxsin boyu 155 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.
Şəkildəki qadını görənlər “102”Zəng Mərkəzinə, (024)205-18-28 və 051-985-02-02 nömrələrinə zəng edərək məlumat verə bilərlər.