Qəbələdə 54 yaşlı kişi intihar edib. Bu barədə iyulun 1-də Lent.az məlumat yayıb.
İnsident Bum qəsəbəsində baş verib. Sakin özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Hadisənin hansı səbəbdən baş verməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.