Qəbələ rayonunda əmək yarmarkası keçirilib. Bu barədə 27 may tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, yarmarkada işəgötürənlər tərəfindən 200-dən çox vakansiya təqdim edilib. Tədbirdə, həmçinin vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə məlumat verilib. Sözügedən layihələrdən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, bundan öncə əmək yarmarkası Şamaxı rayonunda keçirilib.