Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb. Bu barədə iyunun 16-da Report məlumat yayıb.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Oğuzun Kərimli kənd sakini, 28 yaşlı Pərvin Əsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası 59 yaşlı Əsgərov Bəylər hadisə yerində ölüb. Pərvin Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.