Qəbələnin Mirzəbəyli kəndində mayın 10-u saat 13:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə mayın 11-də Report Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, “VAZ-21011” markalı avtomobil aşıb. Nəticədə sürücünün anası olan sərnişin yaralanıb və xəstəxanaya yerləşdirilib. Lakin orada qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.