Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinə 12,7 milyon manat ayrılıb. Bununla bağlı iyunun 14-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sözügedən yol yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.