Qənirə Paşayeva dəfn olunub
Bu barədə 29 sentyabr tarixində Report məlumat verib.
Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.
***
10:11
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir. Bu barədə 29 sentyabr tarixində İnsanoid xəbər verir.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Q.Paşayeva sentyabrın 28-də vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.