Üç rayonda ağacların qanunsuz kəsildiyi aşkarlanıb. Bu barədə Report oktyabrın 18-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər yayıb.
Belə ki, Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.
Təbiətə ümumilikdə 38 970 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktlarla bağlı akt tərtib olunub və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.