Ağdaş, İsmayıllı, Şəki və Füzulidə qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıqtutma faktları aşkarlanıb. Bu barədə mayın 17-də Baş Prokurorluq xəbər yayıb.
Quşencə bələdiyyəsinin ərazisində, həmçinin Xurcan düzündə və Köndələn çayın sahilində, Kiş meşəbəyiliyində meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəymişdir.
Xaçmazda Xəzər dənizində nərə və xəzər qızıl balıqlarının qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən edilmişdir.
Faktlarla bağlı cinayət işi açılıb.