Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında və Yenikənd su anbarında balıq ovlayan iki nəfər saxlanılıb. Bu barədə iyunun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Brakonyerlərin Lənkəran sakini Adil Ağayev və Şəmkir sakini Nihad Ağayev olduğu müəyyən edilib.
Bir qanun pozucusu barəsində protokol tərtib olunub, digər fakt üzrə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər polis idarəsinə göndərilməsi üçün hazırlanır.
Həmçinin qeyd olunub ki, ayrı-ayrı inzibati rayonlarda su hövzələrindən 820 metr uzunluğunda sintetik tor yığışdırılıb.