Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə iyunun 14-də APA xəbər yayıb.
Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Fərhad Nəcəfov və Samux rayon sakini Saleh Verdiyev olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1 660 metr uzunluğunda sintetik tor yığışdırılıb.