Son iki ildə qanunsuz olaraq balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb. Bu barədə iyulun 2-də APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər paylaşıb.
Ümumilikdə 326 fakt üzrə cinayət işi başlanıb. Xəzər dənizində qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib.
Həmçinin Xəzər dənizi sahilindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər su hövzələrindən 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4 200 metr uzunluğunda sintetik tor yığışdırılıb.