Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə Report məlumat verib.
Saxlanılan şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri və 2 150 metr uzunluğunda sintetik tor götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.