Qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslər saxlanılıb. Bu barədə iyunun 13-də DİN-dən məlumat verilib.
Belə ki, Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram heroin, marixuana və 1 590 ədəd metadon götürülüb.
Silah-sursat saxlamaqda isə şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar.
Qeyd olunan faktlarla əlaqədar cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.
Video: YouTube Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi