14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Hərəkətin məhdudlaşdırılması təmir işləri ilə əlaqədardır.
“Sürücülərdən hərəkət istiqamətlərinə alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur”, - deyə əlavə edilib.