İşğaldan azad olunan ərazilərdə aparılan monitorinqlər çərçivəsində 400-ə yaxın tarixi abidə və 800-dən çox mədəniyyət müəssisəsinin yeri aşkarlanıb. Bu haqda mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal forumunda deyib.
Nazirin sözlərinə görə, 160-a yaxın yeni tarixi-mədəni abidələr aşkarlanıb.
Abidələrin 95%-nin vəziyyəti acınacaqlıdır. Onlar demək olar ki, tamamilə dağıdılıb.
“Bizim indi əsas öhdəliyimiz dağıdılmış abidələri bərpa etməkdir. Və daha sonra Ermənistanı törətdiyi bu vəhşiliklərə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq təşkilatlara üz tutacağıq”, - deyə nazir bildirib.