Gələn il çəkiləcək Qarabağ haqqında filmin "Netflix"də nümayişi gözlənilir. Bunu dekabrın 28-də mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” adlı konfransda söyləyib.
Onun sözlərinə görə, "Netflix" Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
"Burada müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, "Netflix"lə əməkdaşlıq edək. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir”, - deyə nazir vurğulayıb.
Həmçinin o, Qarabağla bağlı bir çox filmlərin çəkilməsinin nəzərdə tutulduğunu qeyd edib.