Dünən, mayın 27-də futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması keçirilib. Həlledici oyunda Ağdamın “Qarabağ” klubu ilə Bakının “Zirə” klubu üz-üzə gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunda keçirilib. İlk hissənin 17-ci dəqiqəsində “Zirə”nin oyunçusu Hamidu Keyta paytaxt təmsilçilərini önə çıxardıb. İkinci hissədə isə ağdam təmsilçiləri hesabı bərabərləşdirib. Görüşün 69-cu dəqiqəsində Abdullah Zubir fərqlənə bilib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Əlavə olunmuş 30 dəqiqədə qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan Kubokunun qalibi olub.
Qeyd edək ki, ağdamlılar 7-ci dəfə ölkə kubokuna sahib olurlar. Qurban Qurbanovun rəhbərliyi altında isə bu artıq 5-ci kubokdur.