Ötən gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Bu barədə İnsanoid bu gün, 24 iyul tarixində xəbər verir.
Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə yerli “Linkoln”la başlayıb.
Bakı vaxtı ilə saat 20:00-da start götürən matçın 45+2-ci dəqiqəsində hesab açılır. Juninyo adını tabloya yazdırır.
Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla “Qarabağ” hesabı 2:0 edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.