Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.
Bu barədə İnsanoid Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə " (istiqamət üzrə) müəllim" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 19 iyul 2024-cü ildir. Ətraflı məlumatla https://t.ly/QUt4v vasitəsilə tanış olmaq olar.