Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib. Bu barədə 9 iyul tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki,tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi iyulun 22-dir.