Qarabağ günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir. Trend-in məlumatına görə, bunu iyunun 21-də energetika nazirinin müavini deyib.
Bildirilib ki, Qarabağ günəş elektrik enerjisinin istehsalında yalnız Naxçıvandan geri qalır. Qarabağın "yaşıl" zonaya çevrilməsi planlaşdırılır.
"Qarabağda bütün enerji mənbələri alternativ enerjiyə əsaslanacaq. Artıq 4 kiçik su elektrik stansiyası bərpa edilib və ilin sonunadək daha 18 stansiyanın bərpası planlaşdırılır", - deyə nazir müavini qeyd edib.