Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki su anbarının tikintisi, mövcud su anbarlarının isə bərpası nəzərdə tutulur. Bu barədə Report-a iyunun 3-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi məlumat verib.
Bərgüşadçay və Həkəri çaylarının üzərində 60 və 90 milyon kubmetrlik yeni su anbarlarının tikintisi nəzərdə tutulub.
Tərtər rayonundakı Suqovuşan, Ağdam rayonundakı Xaçınçay və Füzuli rayonundakı Köndələnçay su anbarlarının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib, ekspertizaya verilib.