Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində iyunun 6-sı saat 23:00 radələrində sakin qardaşını bıçaqlayıb. Bu barədə iyunun 8-də Report məlumat paylaşıb.
35 yaşlı şəxs onunla eyni mənzildə yaşayan 34 yaşlı qardaşı ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə cinayət işi açılıb.