Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1961-ci il təvəllüdlü qadını öldürən şəxs saxlanılıb. Bu haqda mayın 27-də APA məlumat yayıb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.
***
26.05.2022
10:04
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 61 yaşlı qadın ölüb. Bu haqda mayın 26-da FHN məlumat yayıb.
Hadisə 5 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. 72 m² olan 3 otaqlı mənzilin 12 m² sahəsi və həmin binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin 4 m² tavanı yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.