Bakının Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 8-də Report xəbər verib.
Məlumata görə, Lökbatan dairəsi yaxınlığında avtomobil yolu keçən 57 yaşlı qadını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.