Həyat yoldaşını öldürən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda mayın 11-də Report məlumat paylaşıb.
O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində 36 yaşlı sakin yaşadığı evdə 31 yaşlı həyat yoldaşını məftillə boğaraq qətlə yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Qətli törədən şəxs saxlanılıb.