Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün 6,9 milyon manat ayrılıb
Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6,9 milyon manat vəsait ayrılıb. Bu haqda iyulun 5-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu yol 14 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.