Sabirabadda qardaşın bacısını incitməsinə dair görüntülər yayılıb. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 1 iyul tarixində xəbər verir.
Görüntülərdəki şəxsləri tanıyanlar hadisənin Sabirabad rayonunun Cəngan kəndində yaşandığını deyirlər. Belə ki, iddialara görə, kənd sakini içki aludəçisidir və bacısına qarşı zorakılıq tətbiq edir, özü isə evdə istirahət edir.
Onları tanıyan şəxslər evlərinin kənddəki marketdən 700 metr aralıda olduğunu yazırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, həmin görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb:
"Qadının ruhi xəstə olduğu müəyyən edilib. Ona zor tətbiq edilməsi iddiaları isə öz əksini tapmayıb".