28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə Qətərin paytaxtı Doha şəhərindəki “Al Jaber Twin Tower” əkiz qüllələrinin üzərində “Müstəqillik Gününüz Mübarək” yazısı əks olunub. Bu barədə mayın 27-də Report məlumat verib.
Qüllələrdə Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında Prezident İlham Əliyevin və Qətər əmiri şeyx Təmim Bin Hamad Al Taninin şəkilləri, Azərbaycan bayrağı və zəfər simvolu olan “Xarıbülbül” loqosu işıqlandırılıb.
[URIS id=50458]