Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər xəsarət alıb. Bu barədə 20 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.