Martın 15-i saat 11:00-a olan məlumata əsasən, Azərbaycanın dağlıq və dağətəyi rayonlarına qar yağıb. Bu barədə APA Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 65, Şahdağda 44, Altıağacda 29, Xaltanda (Quba) 23, Daşkəsəndə isə 20 santimetr olub. Şəkidə, Lerikdə, Göygöldə, Ağdərədə isə hündürlük 5-10 santimetr təşkil edib.
Həmçinin yağıntı Qəbələ, Zaqatala, Astara, Şəki, Oğuzda da müşahidə edilib.